Haqqımızda
SOAR MMC — müasir İT həlləri və kiber təhlükəsizlik sahəsində ixtisaslaşmış şirkətdir. Biz korporativ müştərilərə veb saytların hazırlanması, sistem və şəbəkə infrastrukturunun qurulması, kibertəhlükəsizlik, bulud həlləri və idarə olunan İT xidmətləri təqdim edirik. Məqsədimiz, texnologiyanın verdiyi üstünlükləri maksimum səviyyədə tətbiq edərək müştərilərimizin iş proseslərini optimallaşdırmaq və rəqəmsal dünyada təhlükəsizliyini təmin etməkdir.
Bununla yanaşı, SOAR MMC-nin komandası texnoloji yenilikləri yaxından izləyərək hər zaman müştərilərinə ən effektiv və müasir həllər təqdim edir.Bizim missiyamız fərdi və korporativ müştərilərimiz üçün müsbət dəyişikliklər yaradacaq texnoloji həllər təqdim etməkdir. SOAR komandamız işçi səviyəsində innovativ yanaşma, çevik adaptasiya və tez dəqiq nəticələrlə tanınır.
Fəaliyyət istiqamətlərimiz:
- IT infrastrukturunun qurulması və idarə olunması
- Proqram təminatının hazırlanması və tətbiqi
- Məlumat təhlükəsizliyi həlləri
- Bulud texnologiyaları üzrə xidmətlər
- Sistem inteqrasiyaları
SOAR olaraq, dünyanı daha texnoloji, daha rahat bir məkana çevirə bilmək üçün yorulmadan işləyirik. Peşəkar komanda heyətimiz innovativ layihələr təqdim etmək üçün daima yenilənilir və öz sahəsində liderlik edir.
SOAR texnologiyanın gələcəyə gedən yolunda sizin ən etibarlı tərəfdaşınızdır.